"Qarabağ" futbol klubu UEFA-nın reytinqində irəliləyib.

Unikal.org-un məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Lüksemburqun "Düdelanj" klubu ilə 1:1 hesablı bərabərə qalaraq növbəti mərhələyə yüksələn "Qarabağ" 3 pillə irəliləyərək 117-ci yerə yüksəlib.

Hesabına 0.525 xal əlavə edən Ağdam təmsilçisi son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14.025-ə çatdırıb.