ABŞ-ın Texas ştatının Bastrop şəhərində çoxmənzilli yaşayış binasında baş verən atışma zamanı 4 nəfər ölüb, bir uşaq yaralanıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, cinayəti törədən şəxs sonda özünə atəş açaraq intihar edib.

İnsidentin səbəbləri hələlik məlum deyil.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb və onun həyatı üçün təhlükə yoxdur.