Serj Sərkisyanın İrəvandakı etirazlarla bağlı açıqlaması xaricdə yaşayan ermənilərin qəzəbinə səbəb olub.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidentinin sözlərindən qəzəblənən xarici ermənilər də ölkədəki üsyanı dəstəkləyiblər.

Məlumata əsasən, hiddətlənən ermənilərin ölkədə baş verənlərlə bağlı Sərkisyanı günahkar sayaraq onu terrorçu adlandırıblar.

Qeyd edək ki, Ermənistanda hökumət əleyhinə etirazlar yenidən baş qaldırıb. Serj Sərkisyan dünən keçirdiyi görüşdə İrəvanda polis binasını tutan şəxsləri silahı yerə qoymağa və təslim olmağa çağırıb.