Dünya Meteorologiya Təşkilatı bu vaxta qədər müşahidə edilən istilik dərəcələrinə baxıb.

Unikal.org-un məlumatına görə, təşkilat bu vaxta qədər qeydə alınan istiləri müqayisə edərək 2016-cı ili tarixdə qeydə alınan ən isti il elan edib.

Göy üzündəki karbon dioksidin nisbətinin normadan çox olduğu və qlobal istiləşmənin davam edəcəyi təxmin olunub.

Birləşmiş Millətlər torpaq və okeanın hərarətini nəzərə alaraq, xüsusilə, 2016-cı ilin iyununda rekord səviyyədə isti olduğunu açıqlayıb.