Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırmır, ancaq zəruri halda bu olacaq, - Türkiyənin baş naziri Binali Yıldırım deyib.

Bu barədə Unikal.org Reuters-ə istinadən xəbər verir.

Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə elan edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar demokratiyanın, insan hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə, onları daha da gücləndirəcək.