Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Elektron xidmət növlərinin Siyahısı"na etdiyi dəyişiklikdə əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına iş yerinə dair arayışın verilməsi daxil edilib. Bununla da nazirliyin təqdim etdiyi elektron xidmət növlərinin sayı 37-ə çatıb.