ABŞ-ın Mayami ştatının polis idarəsi atışma nəticəsində 2 nəfərin öldüyünü bildirib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, silahlı insident şəhərin rayonlarından birində baş verib.
"İki nəfərin ölümü (bir qadın və bir kişi) təsdiqlənib. Yeddi yaşlı oğlan həyatına təhlükə yaratmayan güllə yarası alıb", - deyə idarənin məlumatında bildirilir.