İyulun 23-də Ağdamın işğal Bakı bulvarında "Salsa party" təşkil edilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov 1Xəbər.com-a deyib ki, tədbirin Mədəniyyət və Turizm nazirliyinin layihəsi olduğunu bildirib. "Tədbir bizim deyil, biz yalniz məkan veririk", - Məcidov əlavə edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında təşkil olunan tədbir bir neçə müddətdir ki, davam edir. Bakı Bulvarında təşkil edilən rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən fəaliyyətə başlayıb. Rəqslər hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam edir. Bu gün də paytaxt sakinləri və qonaqları Bakı bulvarında rəqs məkanında müxtəlif xalqların rəqslərini həm izləyiblər, həm oynayıblar.