Obamanın ögey qardaşı Malik Obama ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.

Unikal.org-un lent.az-a istinadən xəbərinə görə, Malik Obama Respublikaçılar Partiyasından namizədliyini irəli sürən milyarder Donald Trampı dəstəklədiyini açıqlayıb.

"Donald Tramp xoşuma gəlir. O, çox ürəkdən danışır. ABŞ-ı yenidən hegemon dövlətə çevirmək əla sloqandır, - deyə o bildirib.

Malik milyarderlə görüşmək arzusunda olduğunu da açıqlayıb.