İrəvanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb.

Unikal.org-un məlumatına görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.

Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək.

Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir.