İstanbulda həbs edilən generalların sayı 16-ya çatıb.

Unikal.org-un məlumatına görə, bu barədə informasiyanı "Anadolu agentliyi yayıb. Agentlik hərbi çevrilişə cəhdə görə İstanbulda ümumilikdə 2139 hərbçi, polis, hakim və prokurorun tutulduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd olub. Nəticədə bütün ölkədə 100-dən çox general həbs edilib.