Almaniyada Ansbah şəhərində baş verən insidentə səbəb partlayıcı qurğunun işə salınması olub.

Unikal.org-un "Bild qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Ansbah şəhərinin meri Karda Zaydel bəyan edib.

"Söhbət məişət qazından getmir, insidentə səbəb partlayıcı qurğunun işə salınması olub, deyə K.Zaydel bildirib.

Partlayış "Eugens Weinstube restoranının qarşısında baş verib. Hadisə yerinə çox sayda polis və hərbi helikopterlər cəlb edilib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann hadisə yerinə yollanıb.