Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri spirtli içkilərlə bağlı dəhşətli həqiqəti üzə çıxarıblar.

Unikal.org milli.az-a istinadən bildirir ki,alimlər yeni apardıqları araşdırmalar nəticəsində spirtli içki istifadəsi ilə xərçəngin 7 növü arasında əlaqə olduğunu aşkarlayıblar.

Araşdırma nəticələrinə görə, spirtli içki istifadəçilərinin ağız, boğaz, qırtlaq, qida borusu, qaraciyər, bağırsaq və döş xərçənginə yaxalanmaq riski daha çoxdur.

Araşdırmada iştirak edən alimlər iddia edirlər ki, spirtli içkilər təkcə 2012-ci ildə yarım milyon insanın ölümünə səbəb olub.

Onların sözlərinə görə, spirtli içkidən az və ya çox istifadə etmək nəticəni dəyişmir. Çünki spirtli içki az miqdarda qəbul edilsə belə insan DNT-sində mutasiyalara səbəb olaraq, xərçəng riskini artırır.