Tərtərdə partlamamış top mərmisi aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Ağcabədi rayonu, Qiyaməddinli kəndi - 1 əkin sahəsində və Qarqar çayın daxilində 2 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamış raketin (9M22U - Qrad) qalıqları və 1 ədəd top mərmisinin ballistik qapağı aşkar edilərək götrülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

Cəmi 1 əkin sahəsində və Qarqar çayın daxilində 2 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamış raketin (9M22U - Qrad) qalıqları və top mərmisinin ballistik qapağı aşkar edilərək götrülüb, nəticə etibarilə 6 000 kv.m ərazi təmizlənib.

Tərtər rayonu Şıxarx kəndi - 1 ev və həyatyanı sahədə və 1 çınqıl karxanasında 4 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış top mərmisi (O-412, 100 mm-lik top mərmisi) və 2 ədəd partlamış raketin (9M22U - Qrad) qalıqları aşkar edilərək götrülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

Cəmi : 1 ev və həyatyanı sahə, 1 çınqıl karxanası, 4 partlayış yeri, 1 ədəd partlamamış top mərmisi (O-412, 100 mm-lik top mərmisi) və 2 ədəd partlamış raketin (9M22U - Qrad) qalıqları aşkar edilərək götrülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

İyulun 24-də 1 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 1 çınqıl karxanası və Qarqar çayın içərisində 6 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış (O-412, 100 mmlik top mərmisi), 1 ədəd top mərmisinin ballistik qapağı və 3 ədəd partlamış raketin qalıqları aşkar edilərək götrülüb, nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 24 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 630 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 1 595 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. /Trend/