Şamaxı rayonunda 3 yeniyetmə göldə boğularaq ölüb.

Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şirvangöldə baş verib. Ölən şəxslərin Şamaxının Şəhriyar qəsəbə sakinləri, 1999-cu il təvəllüdlü Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Cəsədlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən saat 19:30 radələrində sudan çıxarılaraq aidiyyətiüzrə təhvil verilib.

Hadisənin ilkin təfərrüatları da məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb.Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları üçün suda boğularaq ölüblər.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.