20 Sentyabr 2019
Gəncə İmamzadəsinin mütəvəllisi Ərdoğanı belə dəstəklədi – VİDEO
Gəncə İmamzadəsinin mütəvəllisi Ərdoğanı belə dəstəklədi – VİDEO VİDEO 17:58 2016-07-25

Gəncə İmamzadəsinin mütəvəllisi Hacı Tahir Abbaszadə Türkiyənin Afyon şəhərində Türkiyə hakimiyyətini, xalqını və prezidenti R.T.Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib.

Unikal.org xəbər verir ki, 15 iyul hadisələrinin doğurduğu ağır fəsadlardan bəhs edən Hacı Tahir Azərbaycan və qafqaz xalqları adından Türkiyəni və Türkiyə xalqını dəstəkləyib. Hacı Tahir eyni zamanda Azərbaycanın ağır günlərindən - 20 Yanvar hadisələrindən, 26 fevral - Xocalı faciəsindən danışıb və seyrçilər tərəfindən alqışlarla qarşılanıb.

Unikal.org Hacı Tahir Abbaszadənin şəxsən özü oxuduğu bəyanatın görüntülərini oxuculara təqdim edir.