İyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Muğla vilayətinin Marmaris rayonundakı oteldə Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərdən üçü dağlıq ərazidə yaxalanıb.

Unikal.org Anadolu agentliyinə istinadla xəbər verir ki, hərbçilərin gətirilməsi üçün əraziyə helikopter göndərilib.

Qeyd edək ki, həmin hərbçilər otelə hücum zamanı iki polis əməkdaşını qətlə yetiriblər.