Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə yolun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsindəbir nəfərin hadisə yerində öldüyü, bir nəfər isə ağır xəsarət aldığı bildirlib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Qax rayonunun Zəyəm kənd sakni,1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov isə hadisə nəticəsində xəsarət alaraqxəstəxanaya yerləşdirilib. Onunvəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində təhqiqat başlanılıb.