Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın"Viktoriya Plzen" klubunun qonağı olacaq "Qarabağ" komandası bu gün səfərə yola düşüb.

Unikal.org Qarabağ klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edib. Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatdığı gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya Plzen"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.