Teatr və sinema aktyoru Mustafa Alaboranın idarə etdiyi avtomobil qəzaya düşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı aktyorun avtomobili İstanbul istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn və səhv manevr edən edən başqa bir maşınla toqquşub.
Qəza nəticəsində hər iki avtomobil metal yığınına çevrilib. Xoşbəxtlikdən aktyor M.Alabora və digər maşındakı iki nəfər arasında ölüm olmayıb.



Yaralılar hadisə yerinə çağırılan təcili yardım həkimlərinin ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdiriliblər. Aktyorun sadəcə şiddətli belə ağrılarının olduğu bildirilir. Digər maşında xəsarət alanlardan biri əməliyyat edilib, vəziyyətinin ağır olduğu deyilir. Digər şəxsin vəziyyəti isə normaldır.



Qeyd edək ki, Mustafa Alabora sonuncu dəfə "Poyraz Karayel serialında rol alıb. 
/axsam.az/