Ağdamda 17 yaşlı qız dərmandan zəhərlənib.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, rayonun Baharlı qəsəbəsində məskunlaşan, 1999-cu il təvəllüdlü Şuşa rayon sakini Əsədova Nüranə Ərəstun qızı qəbul etdiyi ağrıkəsici həbdən zəhərlənib.
Ailəsi N.Əsədovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

N.Əsədovaya ilkin tibbi yardım göstərilib, müalicəsi Reanimasiya və İntensiv Terapiya Şöbəsində davam etdirilir.