Şirvan Şəhər Mərkəzi XəstəxanasınaMüdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan Araz zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər yaralı gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə "Reportun bölgə müxbirinəxəstəxanadan məlumat verilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evı buraxılıb.

Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan "Təcili yardım maşınlarının hərəkətində ciddi problem yaranıb.

***

İcra rəsmisi Vasif Əliyev bildirib ki, zavodda partlayış hələ davam edir.

O,azvision.az-a deyib ki, əraziyə yaxınlaşmaq olmur. Hadisəni nəzarət altına almaq mümkün deyil.