Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

İcra başçısının köməkçisi Vasif Əliyev AzVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Trend-in məlumatına görə baş verən hadiəs ilə əlaqədar Şirvana əlavə həkim briqadaları göndərilib.