Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun hazır məhsullar anbarında partlayış baş verib.

Unikal.org Trend-ə istinadən bildirir ki, partlayış hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən baş verib.

Hadisə nəticəsində yaralıların hamısı hərbçilərdir. Onların hamısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.