20 Sentyabr 2019
Əkirik, güllə çıxır. Hər yer güllədi - VİDEO - FOTO
Əkirik, güllə çıxır. Hər yer güllədi - VİDEO - FOTO VİDEO 19:01 2016-07-26

Ötən gündən etibarən Tovuzun Əlibəyli kəndi ərazisində göy üzünü tüstü bürüyüb.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki,Kəndlilərin sözlərinə görə, ermənilər əsasən küləkli havada quru ot sahələrinə od vuraraq alovun Tovuzun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqələrinə ziyan vurmasına çalışırlar.

Bu zaman yanğından qorunmaq üçün yırtıcı heyvanlar, zəhərli sürünənlər də sərhədyanı kəndlərimizə tərəf istiqamət alırlar.

İki gündür davam edən yanğın zamanı sakinlər mina partlayış səsləri də eşitdiklərini də deyirlər: "Bu gündən də başlayıb minalar. Parta-part. Partdıyıb yana-yana gəlir. Sabahdan 2-3 mina partlayıb. Əkirik, güllə çıxır. Təmizliyirik, partlayır. Hər yer güllədi".