Ötən gün Albaniyanın paytaxtı Tirandakı Amerikan xəstəxanasında dəhşətli hadisə baş verib.

Unikal.org-un publika.az-a istinadən ıməlumatına görə, 57 yaşlı Lafter Cenaj adlı bir nəfər xəstəxananın dialez şöbəsinə daxil olub və 38 yaşlı xəstənin üzərinə benzin tökərək yandırıb. Nəticədə Cenajın özü ilə birlikdə 4 nəfər yanıq xəsarətləri alıb. Onlardan iki nəfəri yerindəcə keçinib. Yanğının səbəbkarı Cenaj isə bu gün dünyasını dəyişib.38 yaşlı Seracın vəziyyətinin isə ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Polis hələ də hadisənin səbəbinin aydın olmadığını bildirib.