Bakı və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib. Nəticədə mənzilin mətbəxində televizor, mətbəx mebeli 4 kv.m sahədə yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 15 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus "Qaz markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.