Türkiyə Silahları Qüvvələri Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdə görə saxlanılan hərbiçilərin yeni siyahısını açıqlayıb. 

Unikal.org hurriyet-ə istinadən xəbər verir ki, TSQ tərəfindən ümumilikdə saxlanılan hərbiçilərin sayı 8 min 651 nəfərdir. 

Ümumilikdə dövlət çevrilişinə cəhd zamanı 35 təyyarədən (bunun 24-ü döyüş təyyarəsi), 37 vertolyot, (bunun 8-i hücum vertolyotu), 74 tank və zirehli texnika, 3 gəmi, 3 min 992 ədəd yüngül silahlardan istifadə edilib.