Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Xətai rayonu Rüstəmov küçəsində "KİA" markalı, 90 CN 870 dövlət qeydiyyat nişanlı minik avtomobili İran vətəndaşı olan 37 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.