Müğənni Vüqar Muradov nişanlısı Fazilə xanımdan ayrılıb.

Unikal.org xəbər verir ki, bu haqda axşam.az-a açıqlama verən ifaçı nişanın bir müddət əvvəl qayıtdığını, amma bəzi səbəblərdən bunu gizli saxladığını bildirib:

"Bir müddətdən sonra başa düşdük ki, xasiyyətimiz uyğun gəlmir. Münasibət getdikcə daha da korlana bilərdi. Ailə qurub, sonra boşanmamaq üçün belə qərara gəldik. Artıq iki aydır nişan qayıdıb. Bu tək müğənninin yox, hər kəsin başına gələ bilər. Qarşı tərəfə xoşbəxtlik arzulayıram, o buna layiqdir.

Qeyd edək ki, V.Muradovun nişanı bu ilin martında olmuşdu. Cütlük toyu avqustda olacaqdı.

Vüqar nişanlısından ayrıldı -  Fotolar
Vüqar nişanlısından ayrıldı -  Fotolar