Yaponiyanın Türkiyədəki səfirliyi bu ölkəyə sığınan türk diplomatın taleyinə aydınlıq gətirib.

Unikal.org axar.az-a istinadən bildirir ki, səfirlik məsələyə ölkənin daxili qaydalarına əsasən, baxılacağını deyib:

"Türkiyənin Kazan Baş konsulluğunda çalışan bir diplomatın Yaponiyaya gəldiyini və türk səlahiyyətlilərin yapon hökuməti ilə bu mövzuda danışıqlar apardığını təsdiq edirik. Yaponiya hökuməti məsələyə daxili qaydaları əsas tutaraq baxacaq".

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kazan Baş konsulluğunda çalışan diplomatın Yaponiyaya qaçdığını açıqlamışıdı. Adı açıqlanmayan şəxsin Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı olduğu təxmin edilir.