Türkiyədə daha bir azyaşlı təcavüzün qurbanı olub.

Unikal.org xəbər verir ki, Adanada oğrulardan biri evlərinə girdiyi ailəni havaya püskürdüyü zəhərli dərmanla yatızdırdıqdan sonra 4 yaşlı qızı qaçırdıb, küçədə zorlayıb.

Qızın zorlanma anı yaxınlıqdakı fermanın təhlükəsizlik kamerasına düşüb. Görüntüləri gördükdə şoka düşən mühafizəçi dərhal polisə xəbər verib. Oğru polislər tərəfindən tutulub. Məhkəməyə çıxarılan təcavüzkar günahını boynuna alıb.