Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada 17 yaşlı Rəşad Cəlilovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib. Həkimlər Rəşad Cəlilovun həyatı üçün təhlükə olmadığını bildiriblər. 

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.