"Səfərdə qeydə alınan 1:1 hesabı bizim üçün əlverişli nəticədir. İndi cavab oyununu düşünməliyik.

Unikal.org-un qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qəbələnin prezidenti Tale Heydərov deyib.

T.Heydərov qeyd edib ki, mərhələ adlayacaqları halda, bu uğuru "Qəbələnin kapitanı, hazırda həbsdə olan Cavid Hüseynova həsr edəcəklər: "Lillin gücü hər kəsə bəllidir. Bu gün böyük tarixi və böyük büdcəsi olan komandaya qarşı oynadıq. "Lill son Fransa çempionatında beşinci olub. Səfərdə komandamız sərfəli nəticə qazandı. Daha əvvəl komanda ilə söhbətimiz olmuşdu. Baş məşqçimiz başda olmaqla, bütün futbolçulara bildirilmişdi ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik. Buna görə də komanda bütün gücünü meydanda qoymalıdır. Futbolçular da sağ olsunlar ki, bu gün meydanda tam gücləri ilə rəqibə qarşı mübarizə apardılar.