Sən mənə yalnız müsəlman olduğuma görə, saqqallı olduğuma görə yaxınlaşdın. Müsəlman olduğum üçün mənə təzyiq göstərirsən. Mənsə səndən qorxmuram! Çəkinmirəm və Allahına tapınaraq deyirəm: "Allahu əkbər!"
İngiltərənin Birmingem şəhərinin mərkəzi küçələrindən birində qaradərili, saqqallı gənc molla vəz verirdi. Bu zaman polis zabiti ona yaxınlaşıb və vəzini dayandırmağı söyləyib, mollanın ətrafına toplaşan müsəlmanlara da dağılmağı əmr edib.
Molla sinirlənib.

Unikal.org Daily Mail-ə istinadən bildirir ki, qaradərili molla polislə üzbəüz duraraq ucadan deyib: "Bura demokratik ölkədir, azad dövlətdir, söz azadlığımız və vətəndaş hüquqlarımız var. Sən nə ixtiyarla mənim susmağımı tələb edə bilərsən?! Terrorçu deyiləm, "canlı bomba" deyiləm, ekstremistlik etmirəm. Allahın adını çəkirəm, insanları sülhə, anlayışa, sevgiyə çağırıram. Qurani-Kərimi anladıram.

Sən kimsən ki, Allahın adını çəkməyimə mane olasan?! Sən kimsən ki, mənə danışmamağı, susmağı, buradan getməyi əmr edirsən?! Axı sən kimsən?! Allahu əkbər! Bax, Allahın adını çəkirəm! Mən haram etməkdən qorxuramsa, Allahı sevirəmsə, sən kimsən ki, səndən qorxam?! Məni həbs etmək istəyirsən?! Bax, bu hicablı xanım şahidimdir. Tut, qandalla, vur məni! Sən irqçisən! Müsəlmanları sevmirsən, bizə nifrət edirsən! Sən televizorda deyilənlərin qurbanısan! At zibilliyə o televizoru! Bura azad ölkədir və biz ictimai yerlərdə azad danışa bilərik. Sən get cinayətkarları tut, terrorçuları zərərsizləşdir, pedofilləri ələ keçir! Allaha dua edənlərdən sənə zərər gəlməz, ay sadəlövh insan!"

Çaşqın polis nə deyəcəyini bilməyərək hadisə yerindən uzaqlaşıb. Ətrafdakı müsəlmanlar isə onu fitə basıblar.



It seems a complaint had been made about the preacher by a member of the public - it unclear what about - but the man is already highly agitated when the footage begins

'Here is my witness,' he yells, gesturing to the woman, 'if you want to arrest me arrest me'

He then begins to shout with increasing force over the policeman: 'Freedom of speech, we are not going to take your racism anymore. We're not terrorists and we are not suicide bombers, throw your television in the dustbin. This is a free country and we can speak freely in public!'

He goes on to claim that the woman who complained had threatened him when she approached him