Yararsız butulkalar və bir çox tullantı məhsullar-¦ Belə vəziyyət hər hansı bir zibilxanada yox, Salyanda yerləşən istisu mənbələrində yaşanır.

Rayon mərkəzindən 10 kilometr aralıda, Babazənan dağının ətəyində bir neçə yerdə isti su qaynayaraq üzə çıxır. Burada palçıq vulkanları da var. Yay aylarında Salyandan və ətraf rayonlardan xeyli insan bura gələrək mineral su mənbələrindən istifadə edir. Lakin son vaxtlar ərazi baxımsızlıq ucbatından xoşagəlməz vəziyyətə düşüb.

İstirahətə gələn sakinlər tərəfindən atılan bu tullantılar səbəbindən ətrafa pis qoxu yayılır. Baxımsızlıqdan yerdən çıxan suların bəziləri quruyub.

Məsələ ilə bağlı ərazinin daxil olduğu Çuxanlı bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, istisu mənbələrinin olduğu ərazi uzaqda, dağlıq ərazidə yerləşdiyindən nəzarət etmək mümkün deyil. Tullantıların nə vaxt təmizlənəcəyi sualına isə cavab verən olmadı.

Unikal.org "Xəzər Xəbərə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: