"Meşə uşağı" filmindəki Mauqli obrazı kiçikdən böyüyə hər kəsin yaxşı yadındadır.

Artıq uzun illər ərzində bu obrazın real həyata bir neçə prototipi tapılıb. Son belə iki nəfərin Mauqliyə bənzərliyi isə çoxlarında böyük maraq oyadıb.

Unikal.org-un hurriyyet.com.tr-ə istinadən məlumatına görə, Hindistanın Çattisqarh əyalətində yaşayan Surendera (20 yaş) və Rajeşvari (25 yaş) adlı qardaşların "Meşə uşağı" filmindəki Mouqli xarakterinə olan oxşarlığı görənləri heyrətə salır.