ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.

Unikal.org-un "Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və "İpsos şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 40,5 faizini, Tramp isə 34,6 faizini toplaya bilər.

Əvvəlki sorğuda Tramp Klintonu 2 faiz qabaqlayırdı.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.