ABŞ-ın Kaliforniya ştatında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un TASS agentliyinə istinadən məlumatına görə, Piper PA31 təyyarəsi Oreqon ştatı ilə sərhəddə meşəlik əraziyə düşüb.

Təyyarənin göyərtəsində 2 pilotla yanaşı tibb işçisi və xəstə olub. Hadisə nəticəsində 2 nəfərin öldüyü təsdiqlənib. Digər iki nəfərin taleyi barədə məlumat verilmir. Qəzanın səbəbləri məlum deyil.

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.