Xınalıq kəndi ərazisindəki yaylaqda heyvan saxlayan Bağırovlar ailəsinin 4-cü övladı Quba-Xınalıq yolunda doğulub.

Ramilə Bağırova vəziyyətinin ağırlaşdığını görərək təcili tibbi yardım xidmətinə zəng vurub. Qubadan göndərilən maşın yaylağa qalxa bilmədiyindən Xınalıq kəndindən başqa bir nəqliyyat vasitəsi ilə hamilə qadın rayon mərkəzinə yola salınıb. Həmin avtomobil də, sərt qayalıqda çətinliklə üzləşdiyindən Ramilə Bağırova Xınalıqdan onunla birgə gələn həkimin köməkliyi ilə xeyli yolu piyada getməli olub. Beləcə doğuş Qubadan gələn təcili tibbi yardım maşınında olub.

Həm ananın, həm də körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Körpənin adı da yolda qoyulub. Anası ona Ömər adını verib.

Unikal.org "Xəzər Xəbərə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: