Mənimsəmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Unikal.org report-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 3-nə təyin edilib.

İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.