Abşeron Rayon Polis İdarəsinə Ceyranbatan qəsəbəsində bir necə mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub.Aparılan araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, 25 yaşlıEminağa Cəfərovsaxlanılıb. Məlum olub ki, o, 6 ay ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində ümumilikdə 20-yə yaxın mənzildən oğurluq edib.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, saxlanılan Eminağa Cəfərov mənzillərdən, əsasən, pul və qızıl-zinət əşyaları oğurladığını bildirib: "Bir ildir ki, gəlmişəm Bakıya. Daş sexində işləyirdim. İş bağlanandan sonra, 6 ay olardı ki, mənzillərə girib pul, qızıl götürürdüm. İşıq yanmırdı, elə pəncərəni açıb girirdim".

Oğurluq yolu ilə əldə etdiyi qızılları Bakıdakı "Moskva" univermağında satdığını deyən Eminağa Cəfərovbütün pulları xərclədiyini bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.