Bakının mərkəzi küçələrindən biri bağlanır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən unikal.org-a verilən məlumata görə, avqustun 1-də saat 7:00-dan etibarən paytaxtın Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinə bir günlük tam məhdudiyyət qoyulacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə süni sıxlıq və tıxacın yaranmaması üçün həmin gün alternativ yollara üstünlük verilsin.