Azərbaycan musiqisinə çəkilmiş klip internet istifadəçiləri arasında ajiotaj yaradıb. 

Unikal.org 1Xəbər.com-a istinadən məlumatına görə, əcnəbi rəqqasların Əlixan Səmədovun balabanda ifa etdiyi "Sən gəlməz oldun" musiqisi (bəstəkar Ələkbər Tağıyev) üzərində qurduqları rəqs izləyiciləri heyran qoyub. 

Rəqsdə akrobatik və gimnastik hərəkətlər çoxluq təşkil edir. Cütlüyün rəqsində təhlükəli manevrlər və erotik məqamlar olduğundan televiziyalarda yayımlanmasına qadağa qoyulduğu deyilir. Buna baxmayaraq klip internetdə populyarlaşıb. Sözügedən videoçarx ən yaxşı videoların yayımlandığı topvideo.life saytında yer alıb.

Bu cütlüyün rəqsi izləyiciyə nə qədər hissiyyat və emosiyalar ötürür! Siz onların hərəkətlərinə, bədənlərinin həfifliklə və incəliklə sürüşməsinə, əyilməsinə nəzər salın. Bəzi elementlər çox mürəkkəbdir və çətin ki, belə bir şeyi kimsə təkrarlaya bilsin. Lakin bu cütlük sanki rəqs etmir, buxarlanır...

Onların ötürdükləri enerjini sözlə təsvir etmək mümkünsüzdür. Buna uzun müddət baxmaq olar... Rəqqaslar su kimi üzücü, alov kimi enerjilidirlər!

Rəqqasların ötürdüyü enerji tamaşaçıya həyat gücü və sakitlik gətirir.

Televiziya efirlərində yayımlanması qadağan olunan klipi sizə təqdim edirik: