Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.
Hadisə yerində olan şahidlərin verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.