Bakıda küçədən yeni doğulmuş körpə tapılıb.

Unikal.org 1xeber.com-a istinadən bildirir ki, "Təmiz Dünya" İctimai Birliyin rəhbəri Mehriban Zeynalovanın dediyinə görə, iki gün əvvəl küçəyə atılmış qız uşağı tapılıb. Körpə qurumun köhnə ünvanda yerləşdiyi ofisə, Səbail rayonu Məmməd Əfəndiyev 7, mənzil 15-in qarşısına atılıb. Körpəni tapan vətəndaşlar dərhal 102 xidmətinə zəng edərək hadisə barədə məlumat veriblər. Körpə dövlət müəsissəsinə-Körpələr Evinə təhvil verilib.