Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq. Unikal.org-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "A Haber telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq. Hazırda ölkədə dörd ali hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.