"Tarlada qızımla işləyirdim. Qəflətən səs eşitdim. Gördüm iki kişi mənə tərəf gəlir. Niyyətlərinin heç xoş olmadığını anladığımdan qızıım da götürüb qaçmağa başladım. Qızım qaçdı, mən geridə qaldım. Məni tutdular, təcavüz etdilər".

Pakistanın Lahor şəhərində yaşayan Şəmim May polisə şikayətlənib. Həmin gecə onun evinə gələn kişi ananın və qızı Safiyənin üzlərinəə kükürd turşusu töküb.

Şəmim kor olub. Safiyə isə şikəstdir.

Unikal.org Milli.az-a istinadən bildirir ki, Kanval Kayum da onul azorla evlənmək istəyən qohumuna "yox" deyəndə üzünə turşu tökülüb, şikəst olub.
Pakistanda belə "namus" cinayətləri azalmaq bilmir. Elə bu səbəbdən də ölkə parlamenti "namus qətlləri" ilə bağlı qanun layihəsi hazırlayır. Müsəlman ölkələri arasında Pakistan "namus cinayət"ləri statistikası baxımından lider mövqelərdən birini tutur.
"Acid Survivors Trust International" təşkilatı belə cinayətlərin qurbanı olan, daha doğrusu, üzlərinə kimyəvi turşu tökülərək şikəst qalan fotoportretlərindən ibarət seriya hazırlayıb.
Təşkilatın hesabatında bildirilir ki, hər il dünyada təqribən 1500 qadın "turşulu hücum"a məruz qalır. Həmin hücumların 200-300-ü Pakistanda olur.

"Namus qurbanı" olmuş qadınların FOTOları