Daxili İşlər Nazirliyi Şıxovda boğulan gənclə bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, dünən Bakı şəhər sakini Turman Məmmədov dünən Şıxov çimərliyində çimərkən boğulub.
Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.

Qeyd edək ki, "Şıxov çimərliyində boğulma faktı qeydə alınıb. Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, gənc oğlan üzərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb. Məlumata görə, boğulan şəxs ürək çatışmazlığından əziyyət çəkirmiş. Bir müddət əvvəl isə ürək əməliyyatı keçiribmiş. Bildirilir ki, gənc oğlan suda olarkən ürəyi tutub və o, qardaşının gözü qarşısında boğulub.