İndi yaşadığımız dünya o qədər inkişaf edib ki, yüzlərlə metr yüksəklikdə və uzunluqda binalar ucaldılır, körpülər salınır. Bütün bunların hər biri insan əməyi nəticəsində həyata keçir.

Ancaq bu gün bəşəriyyət nə qədər inkişaf etsə də, elmi-texniki tərəqqiyə nail olunsa da, bəzən dünyamızda ən nəhəng layihələrdə kobud və nəzərə çarpan səhvlərin şahidi oluruq. Bu cür səhvlər adətən mühəndis səhvləri nəticəsində üzə çıxır.

Unikal.org publika.az-a istinadən oxuculara dünyanın ən böyük mühəndis layihələrinin səhvlərini təqdim edir:

Takoma körpüsü

Takoma asma körpüsü 1940-cı ildə ABŞ-ın Takoma şəhərində inşa edilib və dünyanın ən böyük sallanan körpüsü olaraq tarixə düşüb. Körpü salındıqdan az sonra güclü fırtına nəticəsində dağılaraq sulara qərq olub.

"Ronan Point" faciəsi

1968-ci il mayın 16-da Londonun məşhur "Ronan Point" adlanan binasında qaz sızması nəticəsində güclü partlayış baş verib. Partlayış nəticəsində bina çökərək, yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən binada baş verən dəhşətli faciə zamanı cəmi 4 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Sonradan araşdırma zamanı məlum olub ki, binada qaz boruları mühəndislər tərəfindən düzgün quraşdırılmayıb. 

Banqladeş faciəsi

2013-cü il aprelin 24-də Banqladeşin Savar bölgəsində 8 mərtəbəli tekstil müəssisəsinin binasında baş verən qəza nəticəsində 310 nəfər həyatını itirib, 1500-ə yaxın insan isə yaralanıb.

Qəzanın baş verməsinə səbəb binanın keyfiyyətsiz materiallardan inşa edilməsi və kobud inşaat mühəndis səhvləri olub.

Sonsu Teq körpüsündə faciə

1994-cü il oktyabrın 21-də Cənubi Koreyanın paytaxtı Seulda çayın üzərində salınan 20 metrlik hündürlükdə Sonsu Teq körpüsünün bir hissəsinin uçması nəticəsində 32 nəfər insan həyatını itirib. Bu faciə zamanı həlak olan insanların çoxu uşaqlar olub.

Hadisənin baş verməsinə səbəb körpünün vaxtından tez istifadəyə verilməsi olub.


"Lotus Riverside" faciəsi

2009-cu il iyunun 9-da Çində inşa edilən "Lotus Riverside" adlı yaşayış binası mühəndis səhvi üzündən çöküb. Binanın çökmə anında içəridə çalışanlar xilas ola biliblər. Ancaq bir nəfər işçi binanın altında qalaraq həlak olub.

"I-35W-Bridge" faciəsi

2007-ci ildə ABŞ-ın Minnesota bölgəsindəki Missisipi çayı üzərində salınmış "I-35W-Bridge" adlı köhnəlmiş körpü avtomobillərin keçidinin pik vaxtı uçub. Hadisə zamanı onlarla avtomobil Missisipi çayına düşüb. Faciə nəticəsində 145 nəfər insan həlak olub.

Rusiyada hərbi hissə faciəsi

2013-cü il iyulun 12-də Rusiyanın Omsk vilayətində 242 saylı hərbi hissədə binanın uçması nəticəsində onlarla hərbiçi ağır xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra məlum olur ki, faciə binanın keyfiyyətsiz materiallardan inşa edilməsi səbəbindən baş verib.

Rusiyanın müdafiə naziri Segey Şoqu hadisə ilə bağlı bildirib ki, sözügedən bina 1975-ci ildə inşa edildiyi üçün istifadə vaxtı da bitib.

Çində körpü faciəsi

2007-ci il avqust ayında Çində tikintisi başa çatmaq üzrə olan 320 metr uzunluğunda körpü uçub. Hadisə nəticəsində 30 nəfər həlak olub, 46 nəfər itkin düşüb, 22 nəfər isə yaralanıb.

Körpünün uçmasına səbəb kimi düzgün mühəndis işi görülməməsi göstərilib.

"Hyatt Regency" faciəsi

1981-ci il iyulun 17-də ABŞ-ın Kanzas şəhərindəki "Hyatt Regency" otelinin uçması nəticəsində 114 nəfər insan həlak olub, bina isə tamamilə yararsız vəziyyətə düşüb.
Faciənin səbəbi binada konstruksiyaların düzgün quraşdırılmaması ilə bağlı olub.

Riqa faciəsi

2013-cü ilin noyabr ayında Latviyanın paytaxtı Riqada "Maxima" ticarət mərkəzi uçaraq, dağılıb. Faciə nəticəsində dağıntıları altında qalan 18 adam həlak olub.

Polis vəziyyətin ciddiliyini nəzərə almadığına və faciədən yarım saat əvvəl səslənən həyəcan siqnalına vaxtında reaksiya vermədiyinə görə mağazanın rəhbərliyini məsuliyyətə cəlb edib.